Xəbər verdiyimiz kimi yerli vaxtla 22.05-də Azərbaycanda zəlzələ qeydə alınıb.
Bizim.Media xəbər verir ki, zəlzələ anı ölkədə mağazalardan birinin müşahidə kameralarında əks olunub.
Belə ki, 5,1 maqnitudada hiss olunan yeraltı təkanlardan mağazadakı ərzaqlar yerə dağılıb.
Qeyd edək ki, zəlzələ episentrdə Saatlı-Sabirabadda 4, Biləsuvar, Cəlilabad, Masallı, Yardımlı, Lənkəran, Lerik, Şirvan, Zərdab, Ağdam, Saatlı rayonlarında 4-3 bala qədər hiss olunub. Təbiət hadisəsinin maqnitudası 5 olub, dərinliyi 61 km-dir.
Bizim.Media