Daxili İşlər Nazirliyinin vəzifələri ARTIRILDI 

Daxili İşlər Nazirliyinin vəzifələri ARTIRILDI 

Hazırda oxunan: Daxili İşlər Nazirliyinin vəzifələri ARTIRILDI 

174182

Daxili İşlər Nazirliyinin vəzifələri artırılıb. 

Bizim.Media xəbər verir ki, bu, Prezident İlham Əliyevin bu gün imzaladığı fərmanla “Uşaq hüquqlarının həyata keçirilməsinə dövlət nəzarəti Qaydası”nda edilən dəyişiklikdə əksini tapıb. 

Daxili İşlər Nazirliyi pornoqrafiya tamaşalarında iştirak etməyə cəlb etmiş şəxslərin aşkar edilməsini, onlar barəsində Azərbaycan Respublikasının qanunlarında nəzərdə tutulmuş tədbirlərin görülməsini təmin etməlidir. 

Yetkinlik yaşına çatmayanların baxımsızlığının və hüquq pozuntularının profilaktikası sahəsində Azərbaycan Respublikasının qanunlarına uyğun olaraq, yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyaların da vəzifələri artırılıb. 
Bu vəzifələr sırasına cinsi istismarın və ya cinsi zorakılığın qurbanı olmuş uşaqların hüquqlarının və mənafelərinin qorunması üçün tədbirlər görmək daxil edilib. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO