Azərbaycan Respublikasının işğaldan azad olunmuş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramına əsasən, Laçın rayonunun yenidən tikilən Zabux kəndində həyat canlanır. Doğma yurda qayıtmış 203 ailənin, yəni 783 nəfərin dayanıqlı məskunlaşması təmin edilib.
Bizim.Media xəbər verir ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə Böyük Qayıdış prosesinin sürətlə həyata keçirildiyini vuğulayan Milli Məclisin deputatı Mahir Abbaszadə Zabux kəndinə köçürülmənin yüksək səviyyədə aparıldığını, burada layiqli həyat şəraitinin təmin edilməsi üçün zəruri infrastrukturun qurulduğunu bildirib.
“Azərbaycan tarixinin ən yaddaqalan günlərini yaşayırıq”, - deyən deputat qeyd edib ki, dövlətin iqtisadi gücü sayəsində qarşıdakı illərdə, Böyük Qayıdış proqramına uyğun olaraq, məcburi köçkünlərin doğma yurdlarına qayıdışı daha intensiv xarakter alacaqdır.
Böyük Qayıdış işğaldan azad olunmuş ərazilərə yeni həyat gətirir, bu yerlərin dirçəlişini sürətləndirir. Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin doğma yurdlarına qayıtmış soydaşlarımız haqqında hazırladığı videoçarxları təqdim edirik:
Bizim.Media