Ödənişli yolda sürət həddi müəyyənləşdi: Radar da quraşdırılacaq – FOTO  

Ödənişli yolda sürət həddi müəyyənləşdi: Radar da quraşdırılacaq – FOTO  

Hazırda oxunan: Ödənişli yolda sürət həddi müəyyənləşdi: Radar da quraşdırılacaq – FOTO  

174020

Ənənəvi yola alternativ olaraq yaradılmış ödənişli avtomobil yolunda yeni yol nişanı qoyulub. 

Bizim.Media avtosfer.az-a istinadən xəbər verir ki, Bakı-Quba-Rusiya Federasiyası sərhədi yolunda maksimal sürət həddi 110 km/saat nişanı quraşdırılıb. 

Bundan öncə həm qovşaqlara dönən, həm də giriş-çıxış hissələrində 90 km/saat və 70 km/saat nişanı olsa da, artıq 110 km/saat nişanı da qoyulub. Baxmayaraq ki, magistral yollarda maksimal sürrət həddinin 110 km/saat olduğunu hamı bilir. Amma nişan olmadığı üçün sürücülər bundan sui-istifadə edirdilər. 
Qeyd edək ki, sürücülərin sürət rejiminə əməl etməsinə nəzarət olunması məqsədilə yaxın zamanda yolda xüsusi texniki vasitələrin quraşdırılması nəzərdə tutulur.  Onu da bildirək ki, artıq ödənişli yolda ölüm və ağır xəsarətlə nəticələnən bir neçə yol qəzası baş verib. 





Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO