Ötən il 50 min şəxsə əlillik təyin edilib

Ötən il 50 min şəxsə əlillik təyin edilib

Hazırda oxunan: Ötən il 50 min şəxsə əlillik təyin edilib

173994

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən 2023-cü il ərzində 50,7 min şəxsə əlillik təyin edilib.

Bu barədə Bizim.Media-ya Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən xəbər verilib.

Onlardan 25,2 mininə ilkin, 25,5 mininə təkrar əlillik təyinatı aparılıb. Əlillik təyinatından sonra e-sistem üzərindən həmin şəxslərə əlilliyə görə proaktiv qaydada sosial ödənişlər təyin olunub.
Qeyd olunan dövrdə Agentliyin reabilitasiya müəssisələrində 87,7 min şəxsə reabilitasiya xidmətləri göstərilib.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO