Bu seçki dairəsində ən yaşlı seçicinin 110 yaşı var

Bu seçki dairəsində ən yaşlı seçicinin 110 yaşı var

Hazırda oxunan: Bu seçki dairəsində ən yaşlı seçicinin 110 yaşı var

173945

Fevralın 7-nə təyin olunan növbədənkənar prezident seçkisi 75 saylı Yardımlı-Masallı seçki dairəsi üzrə 89 məntəqədə keçiriləcək.

Bizim.Media xəbər verir ki, AZƏRTAC-ın bölgə müxbiri seçkiyə hazırlıqla bağlı görülən işlərlə yerində tanış olmaq məqsədilə 75 saylı Yardımlı-Masallı seçki dairəsinin bir neçə seçki məntəqəsində olub

Dairə Seçki Komissiyasının sədri Qabil Canəliyev bildirib ki, bütün seçki məntəqələri səsvermə gününə hazır vəziyyətə gətirilib, seçkilərin şəffaf və demokratik keçirilməsi üçün hər cür şərait yaradılıb.
“Seçki məntəqələrində seçkilərə hazırlıq işləri qanunvericiliyin tələblərinə uyğun aparılır. Hazırlıq işləri yekunlaşmaq üzrədir. Dəqiqləşdirilmiş son seçici siyahılarına görə, dairə üzrə 49 min 898 seçici qeydə alınıb. Qeydə alınan ən yaşlı seçicinin 110 yaşı var, ilk dəfə səsvermə hüququ qazanan gənclərin sayı isə 2788 nəfərdir. Bütün seçki məntəqələri lazımi avadanlıqla, rabitə və digər texniki vasitələrlə, təşviqat vəsaitləri, seçkilərin keçirilməsi üçün təlimatlarla təmin edilib. Səsvermənin gedişini izləmək üçün 5 seçki məntəqəsində veb-kamera quraşdırılıb” , - deyə komissiya sədri qeyd edib.

Məntəqələrin əhatə etdiyi ərazidə seçicilərin tanış olması üçün təşviqat materialları və çağırışçı plakatlar da asılıb.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO