Mart ayının 27-də Kür çayının deltasında batmış balıqçının cəsədi bu gün tapılıb.
Cəsəd FHN-in dalğıc-xilasediciləri tərəfindən ərazidə olan istifadəsiz gəminin altından çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
Xəbər verdiyimiz kimi, martın 27-də axşam saatlarında Bankə qəsəbə sakini, 41 yaşlı İsmayıl Şamil oğlu Həsənov Kür çayında batıb. Hadisə Kürün deltasından təxminən 1 kilometr aralıda baş vermişdi. Belə ki, “Azərenerji”x9dyə məxsus dibdərinləşdirmə üçün nəzərdə tutulmuş, hazırda istifadəsiz qalmış “İnam”x9d gəmisindən çaya sərxoş vəziyyətdə tor atmaq istəyən balıqçı yıxılaraq gəminin altına düşdüyündən boğulmuşdu.(virtualaz.org)


































































































