Milli Şuranın üzvü Tofiq Yaqublunun apellyasiya şikayəti təmin olunmayıb.
Bizim.Media xəbər verir ki, bu barədə report-a onun vəkili Aqil Layıc məlumat verib.
Bakı Apellyasiya Məhkəməsinə T.Yaqublunun ev dustaqlığına buraxılması ilə bağlı müraciət olunub.
Bu gün keçirilən məhkəmə iclasında apellyasiya şikayəti təmin olunmayıb. Onunla bağlı verilən 4 aylıq həbs qərarı dəyişdirilmədən saxlanılıb.
Qeyd edək ki, o, ötən il dekabr ayının 14-ü saxlanılıb. Tofiq Yaqublu Azərbaycan Cinayət Məcəlləsinin 178.3.2 (külli miqdarda ziyan vurmaqla dələduzluq etmə), 320.1 (rəsmi sənədləri saxtalaşdırma) və 320.2-ci (bilərəkdən saxta sənədlərdən istifadə etmə) maddələri ilə ittiham olunur və Nərimanov Rayon Məhkəməsinin qərarı ilə 4 ay müddətinə həbs edilib.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
20:25 / 17.01.2024
Tofiq Yaqublunun apellyasiya şikayəti təmin olunmayıb
Hazırda oxunan: Tofiq Yaqublunun apellyasiya şikayəti təmin olunmayıb
Hazırda oxunan: Tofiq Yaqublunun apellyasiya şikayəti təmin olunmayıb
173884
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.