Yol polisindən hava ilə bağlı MÜRACİƏT 

Yol polisindən hava ilə bağlı MÜRACİƏT 

Hazırda oxunan: Yol polisindən hava ilə bağlı MÜRACİƏT 

173865

DİN-in Baş Dövlət Yol Polisi İdarəsi faktiki hava şəraiti ilə bağlı müraciət edib. 

Bizim.Media xəbər verir ki, müraciətdə deyilir: 

"Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, hazırda Abşeron yarımadası da daxil olmaqla bir sıra bölgələrdə müşahidə olunan küləkli havanın axşamadək davam edəcəyi, arabir güclənəciyi gözlənilir. 

Baş DYP İdarəsi küləkli havanın bir neçə gün əvvəl yağan qarın yollarda yaratdığı əlverişsiz şəraitə mənfi təsirini də nəzərə alaraq, hərəkət iştirakçılarına diqqətli olmağı, axşam saatlarında yolların buz bağlama ehtimalını unutmamağı, nəqliyyat vasitələrini sürüşmə, uçqun ehtimalı yüksək olan obyektlərdən kənarda saxlamağı, park edərkən qapalı məkanlara üstünlük verməyi, qoşqulu, tentli, uzun ölçülü yük avtomobillərinin sahibləri və sürücülərinə daşıdıqları yükün qablaşdırılmasına xüsusi diqqət yetirməyi tövsiyə edir". 

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO