Şəhidlər xiyabanı bu gün – FOTOREPORTAJ  

Şəhidlər xiyabanı bu gün – FOTOREPORTAJ  

Hazırda oxunan: Şəhidlər xiyabanı bu gün – FOTOREPORTAJ  

173835

Bakıda, Şəhidlər xiyabanında 20 Yanvar faciəsinin ildönümü ilə bağlı hazırlıq işlərinə başlanılıb.

Bizim.Media xəbər verir ki, xiyaban ərazisində faciənin ildönümü ilə əlaqədar müxtəlif rəngli qərənfillərdən xüsusi kompozisiyalar hazırlanır.
 

MÖVZU İLƏ BAĞLI:

22 yanvar qeyri-iş günü olacaq? – RƏSMİ AÇIQLAMA 


Qeyd edək ki, Azərbaycan xalqının haqq-ədalətin bərqərar edilməsi uğrunda mübarizəsindən təşvişə düşən SSRİ rəhbərliyi, Bakıda müdhiş cinayətə əl atıb. 

SSRİ hakimiyyəti 1990-cı il yanvar ayının 19-dan 20-nə keçən gecə beynəlxalq hüquq normalarını və ölkə qanunlarını büsbütün tapdalamaqla, əhalini xəbərdar etmədən Bakı şəhərində fövqəladə vəziyyətin tətbiqinə başlayıb. 

Sovet ordusu hissələrinin, xüsusi təyinatlı dəstələrin, daxili qoşunların iri kontingentinin və hətta SSRİ-nin ermənilərin sıx yaşadığı digər regionlarından olan ehtiyatdakı hərbçilərin iştirakı ilə həyata keçirilmiş hərbi təcavüz nəticəsində Bakıda dinc əhaliyə divan tutulub, yüzlərlə insan qətlə yetirilib, yaralanıb və itkin düşüb.






































Leyla Qəhrəmanova, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO