Mingəçevir məktəbində 19 minlik MƏNİMSƏMƏ - Direktora cinayət işi açıldı 

Mingəçevir məktəbində 19 minlik MƏNİMSƏMƏ - Direktora cinayət işi açıldı 

Hazırda oxunan: Mingəçevir məktəbində 19 minlik MƏNİMSƏMƏ - Direktora cinayət işi açıldı 

173834

Təhsil müəssisəsində aşkar edilmiş qanun pozuntuları ilə bağlı cinayət işi başlanıb. 

Bizim.Media xəbər verir ki, bu barədə Mingəçevir şəhər prokurorluğu məlumat yayıb. 

Mingəçevir şəhər N.Gəncəvi adına 8 saylı tam orta məktəbində baş verən qanunsuzluqlarla bağlı vətəndaş müraciəti əsasında şəhər prokurorluğunda araşdırma aparılıb. 

Araşdırma zamanı Mayisə Əliyevanın qeyd edilən təhsil müəssisəsində direktor vəzifəsini icra etdiyi 2022-2023-cü illər ərzində məktəbin müəllimlərinə tədris olunmayan dərs saatlarına görə əmək haqqı ödənilməsi yolu ilə 19 min manatdan artıq dövlət vəsaitini mənimsəməsi və ya israf etməsinə əsaslı şübhələr müəyyən edilib. 
Fakta görə Mingəçevir şəhər prokrurorluğunda Cinayət Məcəlləsinin 179.2.3 və 179.2.4 (qulluq mövqeyindən istifadə etməklə və xeyli miqdarda ziyan vurmaqla mənimsəmə və ya israf etmə) maddələrilə cinayət işi başlanaraq istintaq aparılır. 

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO