Qəbələdə itkin düşən gənc tapılıb - YENİLƏNİB/FOTO

Qəbələdə itkin düşən gənc tapılıb - YENİLƏNİB/FOTO

Hazırda oxunan: Qəbələdə itkin düşən gənc tapılıb - YENİLƏNİB/FOTO

173717

Qəbələdə itkin düşən gənc tapılaraq ailəsinə təhvil verildi. 

Bu barədə DİN-nin mətbuat xidmətinin Şəki regional qrupundan Bizim.Media-nın yerli bürosuna məlumat verilib.

Bildirilib ki, polis əməkdaşlarının sayıqlığı və həyata keçirdiyi axtarış tədbirləri nəticəsində 22 yaşlı Fərid Mirzəliyevin yeri müəyyən olunaraq tapılıb və artıq ailəsinə təhvil verilib.

*** 20:19

Qəbələnin Mamaylı kənd sakini 22 yaşlı Fərid Mirzəliyev səhər saatlarında işə getmək adı ilə evdən çıxıb və bir daha geri qayıtmayıb.

Bu barədə Bizim.Media-nın yerli bürosuna Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan məlumat verilib. 

Ailəsinin müraciətindən sonra gənclə bağlı Daxili İşlər Nazirliyi axtarışlara başlayıb.  

Qeyd edilib ki, gəncin axtarışları davam edir.


Tural Rasim oğlu, Bizim.Media, Şimal-Qərb bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO