Daxili İşlər Nazirliyi (DİN) Balakən rayon sakininin Rayon Polis Şöbəsinin rəis müavini tərəfindən döyülməsi iddialarına münasibət bildirib.
DİN-in Mətbuat xidmətindən bildirilib ki, Balakən rayon sakininin iddiaları əsassızdır:
"Aparılan araşdırmalara müəyyən olunub ki, Asif Paradov polis tərəfindən tibbi maskadan istifadə etmədiyi üçün inzibati məsuliyyətə cəlb olunaraq barəsində qanunvericiliyə uyğun olaraq protokol tərtib olunub.
Bununla razılaşmayan vətəndaş tərtib olunan protokolun ləğv olunmayacağı təqdirdə polis əməkdaşlarına şər atacağını, barələrində sosial şəbəkələrdə məlumatlar yayacağını bildirib.
Qeyd olunan hallarla bağlı rayon prokurorluğuna da şikayət edən vətəndaşın iddiları araşdırmalarla təsdiqini tapmayıb". (Report)
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
17:26 / 09.04.2021
Balakən Polis şöbəsinin rəis müavini vətəndaşı döydü - İDDİAYA CAVAB
Hazırda oxunan: Balakən Polis şöbəsinin rəis müavini vətəndaşı döydü - İDDİAYA CAVAB
Hazırda oxunan: Balakən Polis şöbəsinin rəis müavini vətəndaşı döydü - İDDİAYA CAVAB
17359
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.