Ağsuda qanunsuz ov edən şəxslər SAXLANILDI

Ağsuda qanunsuz ov edən şəxslər SAXLANILDI

Hazırda oxunan: Ağsuda qanunsuz ov edən şəxslər SAXLANILDI

173581

Ağsu Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbir zamanı rayonun Ağarx kəndi ərazisində qanunsuz ov edən şəxslər saxlanılıblar.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan Bizim.Media-ya verilən məlumata görə, araşdırma zamanı onların rayon sakinləri – S.Manafov, E.Nəcəfzadə və A.Alışov olduqları müəyyən edilib. 

Həmin şəxslərdən 1 ədəd “İJ” markalı ov tüfəngi və ovladıqları çöl quşları aşkar olunaraq götürülüb.

Araşdırma aparılır.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO