Qarlı-şaxtalı keçən son 2 gündə müxtəlif travmalarla 60 nəfər Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə müraciət edib.
Bu barədə Bizim.Media-nın sorğusuna cavab olaraq TƏBİB-dən bildirilib.
MÖVZU İLƏ BAĞLI:
Bu ərazilərdə 12 dərəcə şaxta OLUB
Məlumatda qeyd edilir ki, qarlı hava şəraiti ilə əlaqədar Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzi gücləndirilmiş iş rejimində fəaliyyətini davam etdirib:
“Son 2 gün ərzində müraciətlərin sayında artım qeydə alınıb. 14-15 yanvar 2024-cü il tarixlərində hava şəraitinin kəskin dəyişməsi ilə əlaqədar müxtəlif travmalar səbəbilə 60 nəfər Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə müraciət edib.
Müxtəlif bədən xəsarətləri, xüsusilə aşağı ətrafların travması səbəbi ilə onlara ilk yardım göstərildikdən sonra hər biri profil üzrə xəstəxanalara təxliyə olunublar”.
Surxay Atakişiyev, Bizim.Media