Bu ərazilərdə 12 dərəcə şaxta OLUB 

Bu ərazilərdə 12 dərəcə şaxta OLUB 

Hazırda oxunan: Bu ərazilərdə 12 dərəcə şaxta OLUB 

173430

Axşam saatlarından başlayaraq bəzi yollar buz bağlayıb, nəqliyyatın hərəkəti məhdudlaşıb. 

Bizim.Media-nın yerli bürosu Şəki Regional Hidrometeorologiya Müəssisəsinə istinadən bildirir ki, bu gecə Şimal-Qərb bölgəsində ilin ən soyuq temperaturu qeydə alınıb. 

Belə ki, aran ərazilərdə temperatur mənfi 8-10, dağlıq ərazilərdə isə bəzən mənfi 12 dərəcəyə kimi yüksəlib.

Bölgədən keçən Yevlax-Zaqatala-Gürgüstan magistralı, eləcə də Qaraməryəm-İsmayıllı-Şəki və Şəki-Qax avtomobil yolları buz bağlayıb. Əsasən yolların üzərindəki körpülər daha təhlükəli olub. Bölgə rayonlarında gecə saaatlarına kimi, eləcə də səhər saatlarından başlayaraq polis əməkdaşları nəzarəti gücləndirilib. Yol istismar idarələrinin işçiləri yollara yenidən qum səpib.
Bölgədə elektrik və mavi yanacaq, eləcə də rabitənin verilməsində heç bir problem qeydə alınmayıb. 

Tural Rasim oğlu, Bizim.Media, Şimal-Qərb bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO