Şəmkirdə ağır QƏZA - Ölən və xəsarət alan var 

Şəmkirdə ağır QƏZA - Ölən və xəsarət alan var 

Hazırda oxunan: Şəmkirdə ağır QƏZA - Ölən və xəsarət alan var 

173418

Şəmkirdə ölümlə və ağır xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. 

Bizim.Media-nın yerli bürosunun məlumatına görə, hadisə Bakı-Qazax magistral yolunun Əliyaqublu kəndindən keçən hissəsində qeydə alınıb. 

Hərəkətdə olan "Hyundai" markalı yük maşını "Zil" markalı su daşıyan digər iri tonnajlı avtomobilə çırpılıb. Qəza nəticəsində bir nəfər hadisə yerində dünyasını dəyişib. 

FHN-nin DYMX-nin Şəmkir rayon DYMH-nin Yanğınsöndürən Xilasediciləri tərəfindən digər bir nəfər, avtomobilin sürücüsü ağır dərəcəli xəsarətlərlə xüsusi xilasetmə cihazlarının köməyi ilə avtomobildən çıxarılaraq təcili tibbi yardım tibbi avtomobili vasitəsi ilə xəstəxanaya yola salınıb. 
Xilasedicilər tərəfindən ölənin cəsədi aidiyyatı üzrə təhvil verilib. Faktla bağlı araşdırma aparılır. 

Məqsəd Rəhimov, Bizim.Media, Qərb bürosu

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO