Sərnişin qatarlarının hərəkəti ilə bağlı RƏSMİ AÇIQLAMA

Sərnişin qatarlarının hərəkəti ilə bağlı RƏSMİ AÇIQLAMA

Hazırda oxunan: Sərnişin qatarlarının hərəkəti ilə bağlı RƏSMİ AÇIQLAMA

173328

Paytaxt Bakıda və regionlarda müşahidə olunan qarlı hava şəraiti ilə əlaqədar sərnişin və yüklərin mənzilbaşına vaxtında və təhlükəsiz çatdırılmasını, eləcə də qatarların hərəkətinin fasiləsizliyini təmin etmək məqsədilə ADY tərəfindən zəruri tədbirlər həyata keçirilir.

Bu barədə Bizim.Media-ya "Azərbaycan Dəmir Yolları" QSC-dən (ADY) bildirilib.

Hazırda sərnişin qatarları qrafik üzrə hərəkət edir, yüklərin sərhəddə qəbulu, daşınması və çeşidlənməsi prosesi həyata keçirilir.

ADY-yə məxsus xidmət sahələrində qarın təmizlənməsi, xüsusi texnika vasitəsilə platformalara və keçidlərə duzun səpilməsi, sürüşkən döşəməli stansiyalarda sərnişinlərin rahat və təhlükəsiz hərəkəti üçün xüsusi örtüklü cığırların salınması müntəzəm qaydada icra edilir. Təmizləmə işləri mərkəzlə yanaşı, Bakıətrafı və regionlarda fəaliyyət göstərən platforma və stansiyalarda da aparılır.

Qabaqlayıcı tədbirlərin görülməsi gecə saatlarından etibarən intensiv şəkildə icra edilir.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO