DYP hava şəraiti ilə əlaqədar piyadalara müraciət etdi - FOTO

DYP hava şəraiti ilə əlaqədar piyadalara müraciət etdi - FOTO

Hazırda oxunan: DYP hava şəraiti ilə əlaqədar piyadalara müraciət etdi - FOTO

173311

Qarlı hava şəraiti ilə bağlı Baş Dövlət Yol Polisi İdarəsi piyadalara müraciət edib.

Bizim.Media xəbər verir ki, müraciətdə deyilir:

“Əziz piyadalar:

- paytaxt ərazisində sürüşkən mərmər səkilərdə hərəkət edərkən diqqətli olun;

- yollarda avtomobilin olmadığından tam əmin olduqdan sonra yolu qarşıdan-qarşıya keçin;

- qarlı-buzlu havalarda hündürdaban ayaqqabı geyinməyin. Ayaqqabının sürüşkən olmadığına və rahat olduğuna fikir verin;

- çöldə olarkən əlinizi cibinizə qoymayın. Çünki yıxıldıqda əlinizlə müvazinəti tənzimləyə bilərsiniz;

- balaca və asta addımlar atın;

- pilləkənləri çıxıb düşərkən ayağınızı pilləkənə tam qoyduğunuza və sürüşmədiyinə tam əmin olun;

- pilləkənlərdən çıxıb düşərkən tutacaqdan istifadə edin;

- yumşaq qar altında bərk buzun ola biləcəyini unutmayın, qara ayaq basarkən ehtiyatlı olun;

- bel, boyun, baş üstə yıxılan adamı tərpətmədən təcili tibbi yardım çağırın”.
 







Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO