\

\"Abzas Media\" işi üzrə daha bir jurnalist SAXLANILDI - FOTO

Hazırda oxunan: \"Abzas Media\" işi üzrə daha bir jurnalist SAXLANILDI - FOTO

173268

Jurnalist Elnarə Qasımova "Abzas Media" işi üzrə aparılan araşdırmalar çərçivəsində saxlanılıb.

Bizim.Media xəbər verir ki, bu barədə onun yaxınları sosial şəbəkələrdə məlumat yayıb. 

O, Cinayət Məcəlləsinin 206.3.2-ci (qaçaqmalçılıq-qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə ittiham olunur.

Qeyd edək ki, noyabrın 21-də “Abzas Media”nın direktoru Ülvi Həsənli və baş redaktoru Sevinc Vaqifqızı, noyabrın 23-də isə direktor müavini Məhəmməd Kekalov, dekabrın 1-də isə saytının əməkdaşı Nərgiz Absalamova barəsində qrup halında qaçaqmalçılıq ittihamı ilə həbs qətimkan tədbiri seçilib. 

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO