Bakıya sulu qar yağır – FAKTİKİ HAVA 

Bakıya sulu qar yağır – FAKTİKİ HAVA 

Hazırda oxunan: Bakıya sulu qar yağır – FAKTİKİ HAVA 

173224

Milli Hidrometeorologiya Xidmətinin yanvarın 13-ü saat 13:00-a olan məlumatına əsasən hazırda Bakıda və Abşeron yarımadasında yağış sulu qara keçib.

Bizim.Media xəbər verir ki, küləyin maksimal sürəti Bakıda və Abşeron yarımadasında 32 m/s-dək, Naftalanda 26 m/s, Goranboyda 23 m/s, Mingəçevirdə 21 m/s, Ağdamda 18 m/s, Bərdə, Tərtərdə 16 m/s Şəkidə 15 m/s-dək güclənib. Neft Daşları stansiyasının məlumatına əsasən dalğanın hündürlüyü 4.2 metrdir.

Havanın temperaturu: Bakıda və Abşeron yarımadasında , eləcə də Naxçıvan MR-da 4 dərəcəyədək isti, Aran rayonlarında 7 dərəcəyədək isti, dağlıq rayonlarda 4 dərəcəyədək şaxta, yüksək dağlıq ərazilərdə 12 dərəcəyədək şaxta olub.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO