Qubaya qarın yağması elektrik enerjisinin verilişində problem yaradıb. Rayonun əksər kəndlərində enerji verilişində məhdudiyyətlər və uzunmüddətli fasilələr yaşanır.
Bu barədə Bizim.Media-ya müraciət edən Barlı və Qəcərzeyid kənd sakinləri hava şəraiti kəskinləşən kimi işıqların söndüyünü bildiriblər.
Analoji vəziyyət bu gün də təkrar olunub.
“İşıqlar sönən kimi içməli su, internet və istilik sistemi də çökür” - deyən sakinlər problemin ənənəvi hal aldığını deyirlər.
"Azərişıq"ASC-nin Quba rayon elektrik şəbəkəsinin rəisi Elxan Alıyev qarlı havada enerji verilişində nisbətən problem yaşandığını təsdiqləyib. Bildirib ki, qar yağanda quru ağaclar elektrik xətlərinin üzərinə düşür.
Səhər saat 6-dan qarın fəsadlarının aradan qaldırılması işlərinə başladıqlarını deyən şəbəkə rəisi hazırda əksər kəndlərə elektrik verilişinin bərpa olunduğunu qeyd edib. Onun sözlərinə görə, Qəcərzeyid, Alekseyevka, Bağbanlı kəndlərinə isə elektrik enerjisinin verilişi qısa müddətdə təmin olunacaq.
Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu
- A-
- A
- A+
Cəmiyyət
12:50 / 13.01.2024
Qar yağdı, Qubanın bəzi kəndləri yenə İŞIQSIZ QALDI – FOTO
Hazırda oxunan: Qar yağdı, Qubanın bəzi kəndləri yenə İŞIQSIZ QALDI – FOTO
Hazırda oxunan: Qar yağdı, Qubanın bəzi kəndləri yenə İŞIQSIZ QALDI – FOTO
173214
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.