Fevralın 7-də keçiriləcək növbədənkənar Prezident seçkilərində iştirak etməsi gözlənilən seçicilərin sayı açıqlanıb.
Bu barədə Bizim.Media-nın yerli bürosuna 61 Saylı Qusar Dairə Seçki Komissiyasının sədri Cəlil İbrahimov məlumat verib.
Onun sözlərinə görə, sözügedən dairə üzrə məntəqələrdə seçici siyahılarındakı seçicilərin sayı 52290 nəfərdir, ölkədə keçirilən son parlament seçkilərində isə bu rəqəm 45600 olub. Dairə sədri bunu 2019-cu ildə Azərbaycanda əhalinin son siyahıyaalınmasına əsasən əhali sayının artması ilə izah edib.
Həmçinin, 61 Saylı Qusar Dairə Seçki Komissiyası üzrə 62 məntəqə sayı artrılaraq 65 olub. Buna səbəb kimi, Qusar şəhərinin bəzi yaşayış yerlərində, Qayakənd massivi, Urva, Gədəzeyxur kəndlərində bu il seçici sayının 1500 -dən çox olması göstərilib.
Seçki sayının artması ilə əlaqədar, ümumilikdə, Qusar Dairəsi üzrə 6 yeni məntəqə yaradılıb. Yaradılan məntqələrin 3-ü 60 Saylı Quba-Qusar Dairə Seçki Komissiyasının tərkibinə daxildir.
Dairə sədri seçki günü ən ucqar kənddə belə siyasi prosesin yüksək səviyyədə keçiriləcəyini deyib:
“Bütün texniki hazırlıq işləri, demək olar, başa çatmaq üzrədir”.
61 saylı Qusar DSK sədri Cəlil İbrahimov builki Prezident seçkilərinin əlamətdar dövrə təsadüf etdiyini bildirib:
“Biz bu seçkiləri təsadüfən qeyri-rəsmi olaraq Zəfər seçkiləri adlandırmırıq. Bu il ərazi bütövlüyü tam təmin edilən müstəqil Azərbaycanda ilk dəfədir belə mühüm proses keçirlir.
Təkcə Vətən Müharibəsində, son antiterror tədbirlərində 40 şəhid verən Qusarın seçici sakinləri də seçkilərə həvəslə gedir və dövlət başçısını müəyyən edəcək prosesdə öz sözlərini deyəcəklər".
Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu
- A-
- A
- A+
Cəmiyyət
12:36 / 13.01.2024
Qusarda yeni seçki məntəqələri YARADILDI – FOTO
Hazırda oxunan: Qusarda yeni seçki məntəqələri YARADILDI – FOTO
Hazırda oxunan: Qusarda yeni seçki məntəqələri YARADILDI – FOTO
173213
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.