Lənkəran polisi sosial şəbəkədə tanış olduğu qadınları şantaj edən şəxsi yaxalayıb.
DİN Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Bizim.Media-ya verilən məlumata görə, Lənkəranda yaşayan S.Ə adlı bir qadın polisə müraciət edərək sosial şəbəkə vasitəsilə tanış olduğu şəxsin onun şəkillərini yayacağı və barəsində rüsvayedici məlumatlar paylaşacağı ilə hədələyərək ondan pul tələb etməsini bildirib.
Lənkəran ŞRPŞ-nin əməkdaşları tərəfindən həmin şəxs müəyyən edilərək saxlanılıb.
Araşdırmalarla onun Masallı rayon sakini Elvin Eyvazov olduğu müəyyən edilib. Həmin şəxs özünü xanım kimi təqdim edərək sosial şəbəkədə tanış olduğu qadından 100 manat aldığını, daha sonra isə eyni məzmunlu tələbləri təkrarladığını etiraf edib.
Ətrafında aparılan araşdırmalarla onun Astara rayon sakini olan başqa bir qadını da eyni üsulla hədələyərək pul tələb etdiyi müəyyən edilib.
E.Eyvazovun analoji əməllərindən zərərçəkən şəxslər varsa polisə müraciət etmələri xahiş olunur. Faktla bağlı araşdırma aparılır.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
12:55 / 09.04.2021
Özünü xanım kimi təqdim edərək qadınları şantaj etdi - Lənkəranda HADİSƏ - FOTO
Hazırda oxunan: Özünü xanım kimi təqdim edərək qadınları şantaj etdi - Lənkəranda HADİSƏ - FOTO
Hazırda oxunan: Özünü xanım kimi təqdim edərək qadınları şantaj etdi - Lənkəranda HADİSƏ - FOTO
17314
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.