Üç ildə ölkədə 2 milyona yaxın genişzolaqlı internetə çıxış imkanı yaradılıb

Üç ildə ölkədə 2 milyona yaxın genişzolaqlı internetə çıxış imkanı yaradılıb

Hazırda oxunan: Üç ildə ölkədə 2 milyona yaxın genişzolaqlı internetə çıxış imkanı yaradılıb

173132

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tərəfindən həyata keçirilən "Onlayn Azərbaycan” layihəsi çərçivəsində ötən il ölkədə 1,1 milyondan artıq ev təsərrüfatının və biznes subyektinin genişzolaqlı internetə çıxış imkanı yaradılıb. Bununla da, ölkədə mövcud ev təsərrüfatı və biznes subyektlərinin 66 %-i genişzolaqlı internetlə əhatə olunub.

Nazirlikdən Bizim.Media-ya verilən məlumata görə, nəticədə son 3 ildə Azərbaycanda 2 milyona yaxın ev təsərrüfatı və biznes subyektinin genişzolaqlı internetə çıxış imkanı yaradılıb.

2017-2020-ci illərdə 227 min, 2021-2023-cü illərdə isə 1 milyon 916 min ev təsərrüfatı və biznes subyekti genişzolaqlı internetə çıxış əldə edib. Bu, əvvəlki 4 illə müqayisədə 8,4 dəfə çox deməkdir.

Layihə çərçivəsində dövlət-özəl tərəfdaşlıq modeli əsasında bir neçə telekommunikasiya operatorunun birgə səyləri nəticəsində minimum 25 Mbit/s internet sürəti ilə ölkənin əksər regionlarını əhatə edən genişzolaqlı şəbəkə qurulacaq.

Sözügedən layihə üzrə görülən işlərin 2024-cü ilin sonuna kimi yekunlaşdırılması planlaşdırılır.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO