Oğuzda evləri yanan dörd məcburi köçkün ailəsi mənzillə təmin OLUNACAQ - FOTO  

Oğuzda evləri yanan dörd məcburi köçkün ailəsi mənzillə təmin OLUNACAQ - FOTO  

Hazırda oxunan: Oğuzda evləri yanan dörd məcburi köçkün ailəsi mənzillə təmin OLUNACAQ - FOTO  

173127

Oğuzda evləri yanan dörd məcburi köçkün ailəsi qohum evlərinə yerləşdirilib. Sabah isə onlar Qaçqınların və Məcburi Köçkünlərin işləri üzrə Dövlət Komitəsinin bölgə rayonlarındakı qəsəbələrindəki fond evlərində mənzillə təmin olunacaqlar. 

Bu barədə Bizim.Media-nın yerli bürosuna Dövlət Komitəsinin Oğuz rayonundakı nümayəndəsi Yaqub Abbasov məlumat verib. 
 

MÖVZU İLƏ BAĞLI:

Oğuzda 4 məcburi köçkün ailəsinin yaşadığı ev YANDI - FOTO  


Komitənin nümayəndəsi bildirib ki, hadisədən dərhal sonra ailələr müvəqqəti olaraq qohum evlərinə yerləşdirilib.

Sabahdan isə hər bir ailə Şəki-Zaqatala rayonlarında Komitənin qaçqınlar qəsəbəsi kimi tanıdığı yaşayış məskənlərində fond evlərinə yerləşdiriləcək, zəruri təminat həyata keçiriləcək. 

Qeyd edək ki, bu gün günorta saatlarında Oğuz şəhər 20 Yanvar küçəsində Ağdam və Laçın rayonlarından olan məcburi köçkün ailələrinin məskunlaşdığı ev yanıb. Hadisə nəticəsində xəsarət alan olmayıb. Yanğının təfərrüatları araşdırılır. 






Tural Rasim oğlu, Bizim.Media, Şimal-Qərb bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO