Evində avtomat saxlayan şəxs tutuldu – FOTO  

Evində avtomat saxlayan şəxs tutuldu – FOTO  

Hazırda oxunan: Evində avtomat saxlayan şəxs tutuldu – FOTO  

173090

Lənkəran sakinlərindən qanunsuz saxlanılan “Kalaşnikov” avtomatları və ov silahları götürülüb. 

Bizim.Media DİN-in Mətbuat xidmətinin Lənkəran regional qrupuna istinadən xəbər verir ki, Lənkəran ŞRPŞ-nin keçirdiyi tədbirlərlə qanunsuz odlu silah saxlamaqda şübhəli bilinən rayon sakini, əvvəllər məhkum olunmuş olunmuş Rəvan Rzayev saxlanılıb.

Keçirilən baxış zamanı onun yaşadığı evdə gizlətdiyi “AK-74” markalı markalı avtomat, həmin silaha aid daraq və 6 ədəd patron aşkarlanaraq götürülüb. 

Ümumilikdə isə, son 10 gün ərzində Lənkəran ŞRPŞ-nin əməkdaşlarının keçirdikləri əməliyyat və profilaktiki tədbirlər nəticəsində rayon sakinlərindən 2 ədəd “Kalaşnikov” avtomatı və müvafiq sənədləri olmadan qanunsuz saxlanılan 15 ədəd ov tüfəngi götürülüb. 




Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO