Bakıda avtomobil vuran qadınlardan biri öldü

Bakıda avtomobil vuran qadınlardan biri öldü

Hazırda oxunan: Bakıda avtomobil vuran qadınlardan biri öldü

173048

Bakının Qala-Pirallahı yolunda 2 nəfərin xəsarət aldığı yol qəzası olub, bir nəfər ölüb.

Bizim.Media report.az-a istinadən xəbər verir ki, Səmədov Elçin Eldar oğlu idarə etdiyi "Mercedes" markalı avtomaşınla Qala-Pirallahı yolunda hərəkətdə olarkən yolu keçən piyadalar, Əhmədova Rəqsanə Ələsgər qızı və Zamanova Tərgül Qəşəm qızını vurub.

Rəqsanə Əhmədova hər iki ayağın sınığı, Tərgül Zamanova isə başın əzilmiş yarası xəsarəti ilə Xəzər Tibb Mərkəzinə aparılıb. Tərgül Zamanova aldığı xəsarətlərdən reanimasiya şöbəsində vəfat edib.
Faktla bağlı Xəzər Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə cinayət işi başlanılıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO