Küçədə yıxılaraq başı asfalta çırpılan Oğuz sakini xəstəxanada ÖLDÜ

Küçədə yıxılaraq başı asfalta çırpılan Oğuz sakini xəstəxanada ÖLDÜ

Hazırda oxunan: Küçədə yıxılaraq başı asfalta çırpılan Oğuz sakini xəstəxanada ÖLDÜ

173006

Oğuz rayonunda bədbəxt hadisə baş verib. 

Bizim.Media-nın yerli bürosu xəbər verir ki, rayon sakini, 50 yaşlı Rəsul Rəsulov küçədə qəflətən ayağı büdrəyərək yıxılıb və ciddi kəllə-beyin zədəsi alıb.

Hadisə yerinə cəlb edilən Təcili Tibbi Yardım briqadası rayon sakininə tibbi yardım göstərib və Rayon Mərkəzi Xəstəxanasına aparılıb.

Daha sonra həkimlərin rəyi ilə Rəsul Rəsulov müayinə olunmaq üçün Qəbələ Rayon Mərkəzi Xəstəxnasına göndərilib. İlkin müayinələrdən sonra onun vəziyyəti bir qədər də ağırlaşıb və elə xəstəxanadaca keçinib. 

Hadisə şahidləri onu da bildirib ki, R. Rəsulov yıxılarkən içkili olub.

Baş verən hadisə ilə bağlı Rayon prokurorluğunda araşdırma aparılır.

Tural Rasim oğlu, Bizim.Media, Şimal-Qərb bürosu
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO