Ötən gün faciəvi şəkildə ölən biznesmenin FOTOSU 

Ötən gün faciəvi şəkildə ölən biznesmenin FOTOSU 

Hazırda oxunan: Ötən gün faciəvi şəkildə ölən biznesmenin FOTOSU 

172943

Xəbər verildiyi kimi, dünən Lənkəran rayonunun Vilvan kəndində ağır yol qəzası baş verib. 

Bizim.Media publika.az-a istinadən xəbər verir ki, rayonun Xarxatan kəndində yaşayan 1968-ci il təvəllüdlü Natiq Məmmədovun idarə etdiyi “Mersedes 600” markalı avtomobil yol kənarındakı ağaclara və elektrik dirəyinə çırpılıb.
 

MÖVZU İLƏ BAĞLI:

Lənkəranda ağır QƏZA: İş adamı öldü – FOTO  


Nəticədə ağır xəsarət alan sürücü Lənkəran Rayon Mərkəzi Xəstəxanasına aparılarkən yolda vəfat edib.

Məlumata görə, N.Məmmədov baş vermiŞ yol qəzasından əvvəl dünyasını dəyişib. Yaxınlarının bildirdiyinə görə, hadisədən bir neçə saniyə əvvəl N.Məmmədov sükan arxasında olarkən onun ürəyi tutub. Nəticədə sürücü özündən gedib və N.Məmmədovun sürdüyü avtomobil idarəetmədən çıxaraq yol kənarındakı ağaclara və dirəklərə çırpılıb. Sükan arxasında hərəkətsiz qalan şəxsin öldüyü müəyəyn edilib. 

Qeyd edək ki, vəfat edən şəxs Lənkəranda məşhur “Nat petrol” yanacaqdoldurma məntəqəsinin sahibi olub və iş adamı kimi tanınıb. 

Vəfat edən biznesmenin fotosunu təqdim edirik: 




Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO