“İşğaldan azad olunmuş ərazilərdə ilk dəfə səsvermə keçiriləcək. Bu Azərbaycan üçün tarixi hadisədir. Biz son ildə yaşadığımız əhval ruhiyyəsini həmin bölgələrdə ictimaiyyətin özünün hiss etdiyi bir əhval-ruhiyyəyə çevirəcəyik”.
Bizim.Media xəbər verir ki, bu fikirləri Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov bu gün jurnalistlərə açıqlamasında deyib.
O, bildirib ki, işğaldan azad olunmuş ərazilərdə müşahidə aparmaq azaddır:
“İşğaldan azad olunmuş ərazilərdə Azərbaycanın digər bölgələrinə nümunə olacaq məntəqələr yaradılıb. Orada çox yüksək səviyyədə bütün şərait yaradılıb. Çalışacağıq ki, beynəlxalq müşahidəçilər ora gedib, seçki prosesini izləsinlər. Akkreditasiyadan keçənlər ölkədə istənilən məntəqədə müşahidə apara bilərlər”.
Bu günə qədər 17500 müşahidəçi akkreditasiyadan keçib. Orta hesabla 6300 civarında məntəqəmiz olacaq. Müşahidəçilər nə qədər çox olsa, bunu alqışlayırıq.
ATƏT-in Demokratik Təsisatlar İnsan Haqları bürosu artıq fəaliyyət göstərir. Onların nümayəndələri kifayət qədər sayda dairələrdə olublar".
Günay Şahmar, Leyla Qəhrəmanova, Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
13:17 / 11.01.2024
“Beynəlxalq müşahidəçilərin Qarabağda seçkiləri izləməsinə çalışacağıq” – Məzahir Pənahov
Hazırda oxunan: “Beynəlxalq müşahidəçilərin Qarabağda seçkiləri izləməsinə çalışacağıq” – Məzahir Pənahov
Hazırda oxunan: “Beynəlxalq müşahidəçilərin Qarabağda seçkiləri izləməsinə çalışacağıq” – Məzahir Pənahov
172938
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.