Tanınmış meyxanaçı haqda məhkəmə yekun QƏRAR VERDİ

Tanınmış meyxanaçı haqda məhkəmə yekun QƏRAR VERDİ

Hazırda oxunan: Tanınmış meyxanaçı haqda məhkəmə yekun QƏRAR VERDİ

172924

Qanunsuz narkotik dövriyyəsində təqsirli bilinərək məhkum edilmiş meyxanaçı Cavid Babaşovun (Sumqayıtlı) kassasiya şikayətinə baxılıb.

Bizim.Media qafqazinfo.az-a istinadən xəbər verir ki, meyxanaçı şikayətində barəsindəki azadlıqdan məhrumetmə ilə bağlı qərarın ləğv edilərək azadlığa buraxılmasını xahiş edib.

Ali Məhkəmədə keçirilən iclasda prokuror əvvəlki qərarın qanunauyğun olduğunu deyib. Məhkəmə tərəflərin münasibətini öyrəndikdən sonra şikayətin təmin olunmadığını elan edib.
Sumqayıtlı haqda 7 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzası qüvvədə saxlanılıb. Yekun qərarla meyxanaçı bundan sonrakı 5 il 3 ayı da həbsdə keçirməlidir.

Qeyd edək ki, Cavid Sumqayıtlı 2021-ci ilin oktyabrında həbs edilib. 

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO