Lənkəranda avtomobil 17 yaşlı yeniyetməni vurub

Lənkəranda avtomobil 17 yaşlı yeniyetməni vurub

Hazırda oxunan: Lənkəranda avtomobil 17 yaşlı yeniyetməni vurub

172872

Lənkəranda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Bizim.Media apa-ya istinadən xəbər verir ki, hadisə axşam saatlarında Lənkəran rayonunun Sütəmurdov kəndində qeydə alınıb.

Hərəkətdə olan minik avtomobili piyada, rayonunun Aşağı Nüvədi kənd sakini 2007-ci il təvəllüdlü Şahrza Ağayar oğlu Əliyevi vurub.
Yaralı dərhal Lənkəran Rayon Mərkəzi Xəstəxanasının reanimasiya şöbəsinə çatdırılıb. İlkin tibbi yardımdan sonra Ş.Əliyev travmatologiya şöbəsinə yerləşdirilib.

Hadisəni törədən sürücü saxlanılıb. Faktla bağlı araşdırma aparılır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO