Azərbaycanda işə düzəlməkdə çətinlik çəkən şəxslər üçün məşğulluq mexanizmi hazırlanıb.
Bizim.Media xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Agentliyinin İdarə Heyətinin sədri Mustafa Abbasbəyli keçirdiyi brifinqdə məlumat verib.
MÖVZU İLƏ BAĞLI:
Ötən il 118 mindən çox şəxs işlə TƏMİN EDİLİB – Məşğulluq Agentliyinin sədri
Onun sözlərinə görə, "Məqsədli proqramlar" və "Kvotadan əlavə iş yerləri" aktiv məşğulluq tədbirlərinin mexanizmləri hazırlanıb və qanunvericilik dəyişiklik layihələri müvafiq icra hakimiyyəti orqanlarına təqdim edilib:
"Məqsəd sosial cəhətdən həssas qruplardan olan və işə düzəlməkdə çətinlik çəkən şəxslərin məşğulluq imkanlarının artırılması və işəgötürənlərdə bu kateqoriyadan olan şəxslərə yeni iş yerlərinin yaradılmasının stimullaşdırılmasıdır".
M.Abbasbəyli bildirib ki, təcrübəsiz şəxslərin əmək bazarına inteqrasiyasının gücləndirilməsi məqsədilə Şagirdlik proqramı və Təcrübəkeçmə mexanizmləri də hazırlanıb. Qanunvericilik dəyişiklik layihələri müvafiq icra hakimiyyəti orqanlarına təqdim edilib.
Məhərrəm Əliyev, Nicat Niftəliyev, Bizim.Media