Bakı sakinlərinin NƏZƏRİNƏ: Bu ərazidə qaz OLMAYACAQ 

Bakı sakinlərinin NƏZƏRİNƏ: Bu ərazidə qaz OLMAYACAQ 

Hazırda oxunan: Bakı sakinlərinin NƏZƏRİNƏ: Bu ərazidə qaz OLMAYACAQ 

172569

Bakının Binəqədi rayonunda qaz təchizatı kəsiləcək. 

Bizim.Media xəbər verir ki, bu barədə “Azəriqaz” İstehsalat Birliyi məlumat yayıb. 

Bildirilib ki, "Daş Butka” QTM-dən qidalanan orta təzyiqli istismara yararsız yeraltı qaz xəttinin bir hissəsinin əvəzlənməsi, eləcə də, yeni çəkilmiş yeraltı qaz xəttinin qaz təchizatı mənbəyinə birləşdirilməsi məqsədilə “Sərdarov zavodu” orta təzyiqli qaz xəttindən 09.01.2024-cü il saat 09:30-dan qaz təchizatının dayandırılması planlaşdırılıb. 
Təmir-quraşdırma işləri aparılan müddətdə Binəqədi rayonunun M.Ə.Rəsulzadə qəsəbəsinin bir hissəsinin, Biləcəri qəsəbəsində Ordubadi küçəsinin, I,II,III Mədən, Baksol yolu və Binəqədi şosesi adlanan yaşayış ərazilərinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq. 

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO