İlham Əliyev: “Bizim atdığımız addımlar haqq işi idi”

İlham Əliyev: “Bizim atdığımız addımlar haqq işi idi”

Hazırda oxunan: İlham Əliyev: “Bizim atdığımız addımlar haqq işi idi”

17254

“İndi biz bütün dünyanın bunu görməyini, başa düşməyini istəyirik ki, bizim atdığımız addımlar haqq işi idi, beynəlxalq hüquqa, BMT-nin Nizamnaməsinə, özünümüdafiə hüququmuza və ədalətə əsaslanırdı. Biz ədaləti bərpa etdik”.

Bizim.Media xəbər verir ki, bunu Prezident İlham Əliyev İslam Əməkdaşlıq Təşkilatının Baş katibi Yusif bin Əhməd əl-Osaymini qəbul edərkən bildirib.
 

MÖVZU İLƏ BAĞLI:

Prezident İslam Əməkdaşlıq Təşkilatının Baş katibini qəbul etdi - FOTO


Dövlət başçısı qeyd edib ki, təcavüzkar bizim torpaqlarımızdan qovuldu və indi bərpa vaxtıdır:

“Lakin bu, vaxt aparacaq. Çünki, əlbəttə ki, ən böyük problem minalardır. Müharibə bitəndən sonra bizdə artıq onlarla itki olub, o cümlədən minalardan ölənlər olub. Ermənistan bizə minaların xəritəsini verməyib.
 

Bu, daha bir müharibə cinayətidir. Çünki, bunu etmək onların borcudur. Lakin müharibənin artıq aylardır bitməsinə baxmayaraq, onlar azərbaycanlılara qarşı bu siyasəti davam etdirirlər.


Lakin biz lazım olan hər şeyi edəcəyik. Minatəmizləmə prosesi gedir.

Biz artıq yenidənqurma işlərini planlaşdırırıq. Şəhərlərin, kəndlərin baş planları artıq hazırlanma prosesindədir və əlbəttə ki, biz İslam dünyasından olan qardaşlarımızın gəlib onların bizim tarixi irsimizə nə etdiklərini və yenidənqurma prosesini görməsini istəyirik. Sözsüz ki, mən sizi gələcəkdə, biz yenidənqurma prosesinə başlayandan sonra da görməyə şad olardım”. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO