Sabirabadda ƏMƏLİYYAT: 27 odlu silah təhvil götürüldü

Sabirabadda ƏMƏLİYYAT: 27 odlu silah təhvil götürüldü

Hazırda oxunan: Sabirabadda ƏMƏLİYYAT: 27 odlu silah təhvil götürüldü

172539

Sabirabad Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan silah-sursatın aşkarlanaraq götürülməsi istiqamətində nəzarət-profilaktiki tədbirlər davam etdirilir.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şirvan regional qrupundan Bizim.Media-ya verilən məlumata görə, keçirilən müvafiq tədbirlər nəticəsində ötən gün ərzində 14 nəfər rayon sakinindən müvafiq sənədləri olmayan müxtəlif marka və kalibrli ov tüfəngləri aşkar edilərək götürülüb.

Son bir həftə ərzində isə polis şöbəsinin əməkdaşları tərəfindən bu istiqamətdə keçirilən tədbirlər zamanı rayon sakinlərindən 5-i könüllü olmaqla ümumilikdə 27 odlu silah təhvil götürülüb.
Faktlarla bağlı Sabirabad Rayon Polis Şöbəsində araşdırmalar davam etdirilir.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO