Şəkidə ev yandı - 92 yaşlı qadın xəsarət aldı

Şəkidə ev yandı - 92 yaşlı qadın xəsarət aldı

Hazırda oxunan: Şəkidə ev yandı - 92 yaşlı qadın xəsarət aldı

172500

Şəkidə fərdi yaşayış evində yanğın olub.

Bizim.Media apa.az-a istinadən xəbər verir ki, yanğın günorta saatlarında Şəki şəhəri 20 Yanvar küçəsində, 1932-ci il təvəllüdlü Nəzihə Sərxan qızı İbrahimovaya məxsus birmərtəbəli üçotaqlı evdə baş verib.

Yanğının söndürülməsi üçün əraziyə Fövqəladə Hallar Nazirliyinin Şəki Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin yanğınsöndürənləri cəlb ediliblər.
Yanğın nəticəsində evin dam örtüyü, mətbəx və aynabəndin tavanının bir hissəsi yanıb. Evin qalan hissəsi və yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.

92 yaşlı ev sahibi Nazihə İbrahimova ayaq nahiyəsindən yanıq xəsarəti alıb. Qadın təcili tibbi yardım briqadası tərəfindən Şəki Rayon Mərkəzi Xəstəxanasına aparılıb.

Faktla bağlı araşdırma aparılır.

Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO