Bakıda və Abşeron yarımadasında bir neçə gün davam edən mülayim hava şəraitindən sonra yanvarın 10-da hava şəraitinin dəyişəcəyi, qısamüddətli güclü şimal-qərb küləyinin əsəcəyi, küləyin maksimal sürətinin 18-23 m/s, arabir 25-28 m/s, gecə yarımadanın bəzi yerlərində arabir 30-33 m/s-dək güclənəcəyi gözlənilir. Gündüz tədricən zəifləyəcək.
Bizim.Media xəbər verir ki, bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.
Bildirilib ki, əsasən axşam saatlarında arabir yağıntılı olacağı, bəzi şəhərətrafı ərazilərdə sulu qara keçəcəyi ehtimalı var. Havanın temperaturu ötən günlərlə müqayisədə 5-8 dərəcə aşağı enərək, gecə və gündüz saatlarında 5 dərəcəyədək isti olacağı gözlənilir.
Azərbaycanın rayonlarında yanvarın 10-u dağlıq ərazilərdən başlayaraq hava şəraitinin dəyişəcəyi, qeyri-sabit keçəcəyi, yanvarın 12-dək arabir yağıntılı olacağı, bəzi yerlərdə sulu qar, dağlıq və dağətəyi rayonlarda qar yağacağı gözlənilir.
Bəzi yerlərdə yağıntıların (Naxçıvan MR, Qarabağ və Şərqi-Zəngəzur, Qazax-Gəncə, Balakən-Şəki, Quba-Qusar) intensiv olacağı ehtimalı var.
Qərb küləyi 15-20 m/s, əsasən dağlıq və dağətəyi rayonlarda arabir 25-30 m/s-dək güclənəcək.
Havanın temperaturu ötən günlərlə müqayisədə 5-10 dərəcə aşağı enərək, aran rayonlarında gecə 0-5 dərəcə isti, gündüz 6-11 dərəcə isti, dağlıq rayonlarda gecə 6-11 dərəcə şaxta, gündüz 0-5 dərəcə şaxta olacağı gözlənilir.
Yanvarın 11-də gecə bəzi dağlıq və dağətəyi rayonlarda yolların buz bağlama ehtimalı var.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
15:00 / 08.01.2024
XƏBƏRDARLIQ: Temperatur 5-10 dərəcə enəcək, yollar buz bağlayacaq
Hazırda oxunan: XƏBƏRDARLIQ: Temperatur 5-10 dərəcə enəcək, yollar buz bağlayacaq
Hazırda oxunan: XƏBƏRDARLIQ: Temperatur 5-10 dərəcə enəcək, yollar buz bağlayacaq
172480
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.