Azərbaycanda bank kartları ilə bağlı yaranan problem aradan qaldırıldı

Azərbaycanda bank kartları ilə bağlı yaranan problem aradan qaldırıldı

Hazırda oxunan: Azərbaycanda bank kartları ilə bağlı yaranan problem aradan qaldırıldı

172311

Yanvarın 6-da axşam saatlarında Azərikard prosessinq mərkəzinin xidmət göstərdiyi bankların ATM-lərindən, POS terminallarından və mobil tətbiqlərindən istifadə zamanı yaranan məhdudiyyət aradan qaldırılıb.

Bizim.Media xəbər verir ki, bu barədə "Azərikard"dan bildirilib. 

Prosessinq mərkəzindən qeyd edilib ki, sistemdə baş verən bütün məhdudiyyətlər aradan qaldırılıb, texniki xidmət göstərən şirkətlə birgə tədbirlər görülüb və bütün fəaliyyət tam olaraq bərpa edilib.
Qeyd edək ki, Azərikard prosessinq mərkəzi hazırda Azərbaycanda fəaliyyət göstərən 15 bankla əməkdaşlıq edir.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO