Baş prokuror itkin düşən hərbçilərin ailə üzvlərini qəbul edib - YENİLƏNİB

Baş prokuror itkin düşən hərbçilərin ailə üzvlərini qəbul edib - YENİLƏNİB

Hazırda oxunan: Baş prokuror itkin düşən hərbçilərin ailə üzvlərini qəbul edib - YENİLƏNİB

17210

Baş Prokuror Kamran Əliyev Vətən müharibəsində itkin düşən 25 hərbçinin ailə üzvləri ilə görüşüb.

Bu barədə Bizim.Media-ya qurumun Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, Baş Prokurorluqda görüş zamanı itkin düşən hərbi qulluqçuların ailə üzvləri ilə söhbətlər aparılıb, onların şikayətləri dinlənilib və qeydiyyata alınıb.

Məlumata görə, itkin düşən hərbi qulluqçuların ailə üzvlərinin hər biri Baş Prokuror tərəfindən xüsusi nəzarətə götürülüb.

***

Baş prokuror Kamran Əliyev Vətən müharibəsində itkin düşən hərbçilərin ailə üzvlərini Baş Prokurorluqda qəbul edir.

Bizim.Media-nın xəbərinə görə, Baş prokuror Prezidentin tapşırığı ilə bu məsələ ilə məşğul olduqlarını deyib:

“Biz işləyirik, nəticələri də görünür. Mən sizə hansı işlər görüldüyünü deyəcəyəm.

Onlar hamısı bizim balalarımızdır. Ölkə Prezidentinin tapşırığı ilə bu məsələylə bütün əlaqədar dövlət qurumları məşğuldur, işləyirlər. Bu, hamımızın ağrılı yerimizdir”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO