Türkiyə Xarici İşlər Nazirliyi (XİN) İranın Kirman şəhərində baş verən terror aktını pisləyib.
Bizim.Media xəbər verir ki, bu barədə nazirliyin yaydığı açıqlamada qeyd olunub.
"İranın Kirman şəhərində törədilən terror aktı nəticəsində çoxlu sayda ölən və yaralananların olduğunu təəssüflə öyrəndik. Bu dəhşətli terror aktını qətiyyətlə pisləyir, dost və qardaş İran xalqına və hökumətinə başsağlığı veririk. Həyatını itirənlərə Allahdan rəhmət, yaralananlara isə tezliklə şəfa diləyirik", - deyə qeyd olunub.
Qeyd edək ki, İran mənbələrinin məlumatına görə, yanvarın 3-də ölkənin Kirman şəhərində iki partlayış nəticəsində 103 nəfər ölüb, 211 nəfər yaralanıb. Ölənlər arasında şəxsiyyəti müəyyənləşdirilənlərin sayı 84 nəfərdir.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
16:54 / 04.01.2024
Türkiyə XİN İranda baş verən terror aktını PİSLƏDİ
Hazırda oxunan: Türkiyə XİN İranda baş verən terror aktını PİSLƏDİ
Hazırda oxunan: Türkiyə XİN İranda baş verən terror aktını PİSLƏDİ
172013
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.