Qəbələdə şəhidin orden və medalı ailə üzvlərinə verildi - FOTO

Qəbələdə şəhidin orden və medalı ailə üzvlərinə verildi - FOTO

Hazırda oxunan: Qəbələdə şəhidin orden və medalı ailə üzvlərinə verildi - FOTO

171973

Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin 19-20 sentyabr 2023-cü il tarixlərində Qarabağ bölgəsində həyata keçirdiyi lokal xarakterli antiterror əməliyyatında şəhadətə yüksələnlərdən biri də mayor Xəyyam Səmədovdur. 

Bizim.Media-nın yerli bürosu xəbər verir ki, Qəbələnin Mirzəbəyli kəndində doğulub boya-başa çatan Silahlı Qüvvələrin mayoru Xəyyam Səmədov elə həmin kənd qəbrstanlığında dəfn edilib. 

Bu günlərdə şəhidin döyüş yoldaşları, ailə üzvləri və ictimaiyyət nümayəndələri onun məzarını ziyarət edib, xatirəsi anılıb, ruhuna dualar oxuyublar.
Mirzəbəyli kənd məktəbində davam edən tədbirdə lokal xarakterli antiterror əməliyyatında iştirak edərək igidlik və şücaət göstərən, vəzifə borcunu, döyüş tapşırıqlarını yerinə yetirərkən həlak olmuş şəhidin ailə üzvlərinə Azərbaycan Respublikası Silahlı Qüvvələri hərbi qulluqçularının və Daxili İşlər Nazirliyi əməkdaşlarının təltif edilməsi haqqında Azərbaycan Prezidentinin 07 noyabr 2023-cü il tarixli müvafiq sərəncamı ilə 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni və “Vətən uğrunda” medalı ailə üzvlərinə təqdim olunub. 

Çıxış edənlər qazanılan tarixi nailiyyətlərə görə Ali Baş Komandana, onun rəhbərliyi altında Qələbə ilə sevindirən Azərbaycan Ordusunun əsgər və zabitlərinə, hərbçilərə, Vətən uğrunda sağlamlığını itirən qeyrətli, cəsur qazilərə, canından keçən şəhidlərə bir ömür boyu borclu olduğumuzu qeyd edib, şəhidlərə Allahdan rəhmət, onların valideyinlərinə səbr, qazilərə can sağlığı arzulayıb. Tədbirdə iştirak edən şəhidin ailə üzvləri onlara göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildirib. 






Tural Rasim oğlu, Bizim.Media, Şimal-Qərb bürosu
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO