Zaqatalada ağır QƏZA - Yaralılar var

Zaqatalada ağır QƏZA - Yaralılar var

Hazırda oxunan: Zaqatalada ağır QƏZA - Yaralılar var

171952

Zaqatalada ağır yol-nəqliyyat hadisəsi baş verib. İki nəqliyyat vasitəsinin toqquşması nəticəsində bir neçə nəfər xəsarət alıb.

Bizim.Media-nın yerli bürosu xəbər verir ki, Zaqatala-Muğanlı avtomobil yolunun Aşağı Tala kəndi ərazisindən keçən hissəsində "Mercedes" markalı mikroavtobusla Niva markalı avtomobillər toqquşub.

Nəticədə hər iki avtomobildə olan bir neçə nəfərin müxtəlif dərəcəli bədən xəsarətləri alıb. 

Hadisə yerinə cəlb edilən Təcili Tibbi Yardım briqadası yaralılara ilkin yardım göstərəndən sonra onlar Zaqatala Rayon Mərkəzi Xəstəxanasına aparılıb. 

Hazırda həmin şəxslərin müayinə və müalicəsi istiqamətində iş aparılır. Hadisə şahidlərinin sözlərinə görə qəzaya səbəb Niva markalı avtomobilin yol-hərəkət qaydalarını pozması olub.  
Faktala bağlı Zaqatala Rayon Polis Şöbəsində araşdırma aparılır.

Tural Rasim oğlu, Bizim.Media, Şimal-Qərb bürosu

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO