Naxçıvanda narkotikin təsiri altında avtomobil idarə edən şəxs TUTULDU

Naxçıvanda narkotikin təsiri altında avtomobil idarə edən şəxs TUTULDU

Hazırda oxunan: Naxçıvanda narkotikin təsiri altında avtomobil idarə edən şəxs TUTULDU

171866

Naxçıvan polisi tərəfindən keçirilən tədbirlər zamanı narkotik vasitənin təsiri altında nəqliyyat vasitəsi idarə edən sürücü saxlanılıb.

Naxçıvan MR Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən Bizim.Media-ya verilən məlumata görə, polis əməkdaşları tərəfindən Kəngərli rayonu ərazisində hərəkətdə olan Ravon markalı avtomobilin sürücüsünə yol hərəkəti qaydalarını pozduğu üçün “Saxla” işarəsi verilib. 

Nəqliyyat vasitəsi saxlanıldıqdan sonra sürücü, Həsən Məmmədovun narkotik vasitə qəbul etməsinə dair şübhələr yarandığından müvafiq tibbi müayinədən keçirilməsi təmin edilib və müayinənin nəticəsinə əsasən, narkotik vasitə istifadə etdiyi məlum olub.
Həmin şəxs barəsində qanunvericiliyə uyğun olaraq protokol tərtib edilib və hüquqi qiymət verilməsi üçün Naxçıvan Şəhər Məhkəməsinə göndərilib.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO