Dövlət qurumlarına yalan məlumat verən şəxs AXTARILIR

Dövlət qurumlarına yalan məlumat verən şəxs AXTARILIR

Hazırda oxunan: Dövlət qurumlarına yalan məlumat verən şəxs AXTARILIR

171843

Dünən axşam saatlarında Xaçmaz rayonunda ağır yol qəzasının baş verməsi barədə yalan məlumat yayılıb.

Bizim.Media xəbər verir ki, polisə, FHN-ə və təcili tibbi yardıma müraciət edən şəxs Hacıhüseynli kəndi ərazisində avtomobilin yük maşınına çırpılması barədə məlumat verib. 

Qəza səbəbindən xəsarət alan şəxslərin olduğunu bildirərək kömək istəyib. Qısa vaxt sonra deyilən əraziyə operativ qruplar cəlb edilib. Lakin ərazidə aparılan müşahidələr və yoxlamalar zamanı hər hansı qəzanın baş verməməsi, daxil olan məlumatın həqiqəti əks etdirməməsi məlum olub.
Dövlət qurumlarına yalan məlumat verən şəxsin kimliyinin müəyyənləşdirilməsi və məsuliyyətə cəlb edilməsi istiqamətində iş aparılır.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO