Axşam saatlarında Xaçmaz rayonunun Hacıhüseynli kəndində Fövqəladə Hallar Nazirliyinin, Dövlət Yol Polisinin və Təcili Tibbi Yardım Xidmətinə “KAMAZ” və “Jiquli” markalı avtomobillərin toqquşması, xəsarət alanların olması ilə bağlı məlumat daxil olub.
Bizim.Media xəbər verir ki, bu barədə jurnalist Elxan Yusifli öz sosial şəbəkə səhifəsində məlumat paylaşıb.
Bildirib ki, dərhal" hadisə" yerinə gələn qurumların nümayəndələri yalan və yanlış məlumat olduğunu öyrəniblər.
Deyilən yerdə heç bir qəza hadisəsinin qeydə alınmadığı məlum olub. İnformasiyanı yayan şəxs isə hələ ki, naməlumdur.
Aytəkin Alxaslı, Bizim.Media, Şimal Bürosu