Azərbaycandan İstanbula 27 mindən çox turist səyahət edib

Azərbaycandan İstanbula 27 mindən çox turist səyahət edib

Hazırda oxunan: Azərbaycandan İstanbula 27 mindən çox turist səyahət edib

171726

Ötən ilin noyabr ayında Azərbaycandan 27 min 113 turist Türkiyənin İstanbul şəhərinə səyahət edib.

Bizim.Media Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu barədə İstanbul Vilayəti Mədəniyyət və Turizm Müdirliyi məlumat yayıb.

Noyabr ayında İstanbul şəhərinə ümumilikdə 1 milyon 288 min turist səfər edib ki, bu da illik müqayisədə 4 % azdır. Hesabat dövründə İstanbula ən çox Rusiyadan olan turistləri (135 min 696 nəfər) gəlib. Onlardan sonra bu siyahını Almaniyadan (89 min 810), İrandan (88 min 727) və ABŞ-dan (61 min 566) olan turistlər davam etdirib.

İstanbula noyabrda səfər edən turistlərin 96,7 %-i və ya 1 milyon 245 nəfəri hava yolu ilə, 43 mini dəniz yolu ilə gəlib.

2023-cü ilin yanvar-noyabr ayında isə İstanbula gələn xarici turistlərin sayı 9 % artaraq 16 milyon 051 minə çatıb.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO