Danimarka kraliçası Yeni il çıxışında taxtdan imtina etdi

Danimarka kraliçası Yeni il çıxışında taxtdan imtina etdi

Hazırda oxunan: Danimarka kraliçası Yeni il çıxışında taxtdan imtina etdi

171579

Danimarka kraliçası II Marqaret tacından imtina etmək qərarına gəlib.

Bizim.Media “TASS” agentliyinə istinadən xəbər verir ki, o, bu barədə ənənəvi Yeni il çıxışında danışıb.

“Mən qərar verdim ki, indi doğru vaxtdır”, - deyə əlahəzrət kəskinləşən xəstəlikləri və kürəyindəki əməliyyatı əsas gətirib.

Qeyd edək ki, Marqaret kraliçanın taxta çıxmasının 52-ci ildönümündə, yanvarın 14-də Kopenhagendə tacını vəliəhd şahzadə Frederikə təhvil verəcək.
Xatırladaq ki, 83 yaşlı II Marqaret 1972-ci ildən Danimarka kraliçasıdır. O, hakimiyyətə gəldikdən sonra 1388-ci ildən 1412-ci ilə qədər hökmranlıq edən I Marqaretdən sonra Danimarkanın ilk qadın monarxı olub.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO