Bakıda qatar bir nəfəri vurdu - VƏZİYYƏTİ AĞIRDIR

Bakıda qatar bir nəfəri vurdu - VƏZİYYƏTİ AĞIRDIR

Hazırda oxunan: Bakıda qatar bir nəfəri vurdu - VƏZİYYƏTİ AĞIRDIR

171565

Bu gün saat 20:05 radələrində “Azərbaycan Dəmir Yolları”na (ADY) məxsus sərnişin qatarı Bakıxanov-Sabunçu sahəsində hərəkətdə olarkən bir nəfər naməlum şəxs dəmir yolu xəttini müəyyən olunmamış yerdən qəfil keçməyə cəhd edib.

ADY-dən Bizim.Media-ya bildirilib ki, maşinist təcili tormozlama aparsa da, toqquşma qaçılmaz olub və həmin şəxs ağır bədən xəsarətləri alıb.

ADY bir daha piyadaları kritik təhlükəli zona hesab olunan dəmir yolu xətlərini yalnız müəyyən olunmuş yer və keçidlərdən istifadə etməklə keçməyə çağırıb.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO